AZ

Bakıda qapısı daim kilidli olan tarixi məkan Böyük Mərdəkan qəsrindən REPORTAJ

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Baku TV Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, baxımsız vəziyyətdə olsa da, qədim tarixə malik Böyük Mərdəkan qəsrindən reportaj hazırlayıb.

Reportajda qəsrin interyeri və detalları tamaşaçılara nümayiş olunub.

Bildirilib ki, 22 metr hündürlüyə malik bu abidənin daxilində yeraltı keçid və həyətində quyular mövcuddur.

Mərdəkan sakini Vidadi Yaftumov insanların abidəyə qarşı məsuliyyətsiz münasibətindən gileylənib:

"Buraya zibil atırlar. Belə etmək olmaz. Hər bir vətəndaşın borcudur ki, tarixi abidələrə hörmətlə yanaşsın və onları təmiz saxlasın. Artıq 44 ildir ki, bu ərazidə çalışıram. Qəsri öz evim kimi görürəm".

Onun sözlərinə görə, abidənin qapısı daim kilidli olur:

"İnsanlara etibar etmək çətindir. Təəssüf ki, cəmiyyətimizdə tarixə biganə yanaşanlar da var. Qəsrin içərisində çoxlu sayda dəyərli tarixi daşlar mövcuddur. Onları qorumaq üçün qalanın bağlı qalmasına üstünlük verilir".

Ətraflı süjetdə:

Bakıda qapısı daim kilidli olan tarixi məkan - Böyük Mərdəkan qəsrindən REPORTAJ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
oxu.az

2Mənbələr