AZ

Finlandiya Fələstin dövlətini tanıya bilər

Finlandiya Prezidenti Aleksander Stubb bildirib ki, hökumət təklif təqdim edərsə, Fələstin dövlətinin tanınmasını təsdiqləməyə hazırdır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Qəzzadakı vəziyyəti qeyri-insani adlandıraraq, iki dövlət əsasında sülhün vacibliyini vurğulayıb.

Stubb, Fransa, Böyük Britaniya və Kanadanın qərarlarının bu prosesə yeni nəfəs verdiyini qeyd edib və Finlandiyada məsələyə dair müxtəlif baxışlara hörmətlə yanaşaraq açıq müzakirəyə çağırıb.

Seçilən
9
manset.az

1Mənbələr