AZ

Deputat finlandiyalı turistlə: Narazı qalıb...

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Taina Liekari finlandiyalı turistdir. Ginnesin rekordlar kitabına düşmək üçün 40 min km piyada olaraq ölkələri gəzməlidir. Madrid şəhərindən başlayıb və bu günə kimi 6 min km qət edib". 

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, o Gürcüstanda olarkən "Qırmızı Körpü"dən keçərək gəlmək istəyib, amma quru sərhədlərimiz bağlı olduğu üçüb Bakıya təyyarə ilə gəlməli olub:

"Bileti min manatdan baha alıb və narazı qalıb. Sonra maşınla Bakıdan Qazaxa gedib və yarımçıq qalan marşrutunu "Qırmızı Körpü"nün Azərbaycan tərəfindən davam etdirib. 

Mən həm millət vəkili olaraq, həm də Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq Bakıdan Qazax 500 km məsafə qət edərək Tiana Liekarini Qazax şəhərində ziyarət etdim və xeyli söhbət etdik. Çox razı qaldı və inana bilmirdi ki, bir deputat, partiya sədri 500 km qət edərək onu görməyə və qayğıları ilə maraqlanmağa gəlib. Çox şad oldu".

R.Nurullayev əlavə edib ki, bu hərəkəti ilə Azərbaycan dövləti ölkəmizdə olan hər bir xarici vətəndaşa, turistə hörmətlə yanaşdığını bildirmək istəyir:

"Ona dedim ki, artıq Turizm Agentliyinə də xəbər etmişəm və onlar da məsələdən xəbərdardırlar. Artıq Turizm Agentliyi onun üçün Qazax-Bakı yolu boyunca turizm marşrutu üzrə məlumat hazırlayıb və mənə göndərib. Mən də onu Taina Liekariyə təqdim etdim.

Məndən xahiş etdi ki, bir gün onunla piyada məsafə qət edim və yaxın günlərdə 40-50 km məsafəni onunla birlikdə qət edəcəm.

Bakıya çatan zaman da lazimi köməkliklər göstərəcəyik. Hər gün əlaqə saxlayaraq qayğıları ilə maraqlanacam. Onun bloqunu xeyli insan izləyir və qeyd edirlər ki, Azərbaycana gəlmək istəyirlər. Onun üçün də bizim də borcumuz onlara Azərbaycan qonaqpərvərliyini göstərməkdir".

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
3
cebheinfo.az

4Mənbələr