Oxu.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın müharibədəki canlı qüvvə itkilərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.
"Mən xəbər aldım ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rusiyalı əsgər həlak olub. Rusiya ilin əvvəlindən 112 500 əsgər itirib. Bu, çoxlu sayda lazımsız qurbandır! Bununla belə, Ukrayna da böyük itkilər verib. 2025-ci il yanvarın 1-dən bu yana təxminən 8 000 əsgər itirib və bu say itkin düşənləri əhatə etmir.
Ukrayna daha kiçik miqyasda olsa da, mülki əhalisini də itirir, çünki Rusiya raketləri Kiyevə və Ukraynanın digər şəhərlərinə yağmağa davam edir. Bu, heç vaxt baş verməməli olan bir müharibədir. Bu, Baydenin müharibəsidir, Trampın müharibəsi deyil. Mən yalnız bunu dayandırmağa çalışmaq üçün buradayam!" - dövlət başçısı qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.