ain.az bildirir, Footbal-plus portalına istinadən.
“Səbail”dən ayrılan Süleyman Alluş Mərakeşin “MAS Fes” klubuna keçib. Bəs “Səbail” bu futbolçunun gedişindən pul qazana bildimi? Axı Alluşun gələn yaya qədər müqaviləsi var idi.“Football-plus.az” bu sualı klubun mətbuat katibi Rəşad Məmmədova ünvanlayıb. Məlum olub ki, müəyyən kompensasiya qarşılığında futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib – eynən Rüfət Abdullazadə kimi. Kompensasiyanın məbləği isə deyilmir. Qeyd edək ki, 23 yaşlı niderlandlı “Səbail”ə ötən mövsümün qışında gəlmişdi.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.