Pauerlifter çömbəlmə zamanı o qədər gərginləşib ki, onun gözlərindən və baş dərisindən qan çıxıb.
İnterpress.az xəbər verir ki, Paşa Osman Avstraliyada 402,5 kiloqram ağırlığında ştanqla çömbələrək yerli rekorda imza atıb. Osman bununla da dayanmadı – 410-u götürməyə çalışdı.
Amma cəhd zamanı oğlanın gözündən və başından qan axıb. Həkimlər bildirirlər ki, güclü təzyiqdən qan tərə qarışaraq məsamələrdən çıxıb.
O, indi yaxşıdır.
Xuraman Etibarlı
İnterpress.az