Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya şəxsi məxfiliyin pozulması və hüquqi çərçivənin aşılması ilə bağlı ciddi suallar doğurur.
Bəs kirayə mənzillərə kamera quraşdırılması qanunla necə tənzimlənir?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov danışıb.
O bildirib ki, hər kəsin şəxsi və ailə həyatının gizlilik hüququ var və bu hüquq kirayə mənzildə yaşayan şəxslərə də şamil edilir: