AZ

Böyük Britaniya hökumətinin uğursuz “sığınacaq planı” ölkəyə ziyan vurub  

Böyük Britaniyada sığınacaq axtaran şəxslərin “RAF Skampton” hərbi bazasında yerləşdirilməsi planının ləğvi bu ölkənin Daxili İşlər Nazirliyinə azı 48 milyon funt sterlinqə başa gəlib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə məlumat nazirliyin maliyyə hesabatında yer alıb.

Bildirilib ki, layihə Mühafizəkarlar hökumətinin təşəbbüsü ilə başlayıb, lakin Leyboristlər hökuməti planı ləğv edib.

Ümumilikdə planla bağlı 60 milyon funt sterlinq xərc çəkildiyi, bunun 48,5 milyonunun zərər kimi qeydə alındığı açıqlanıb.

 

Seçilən
4
2
azerbaijan-news.az

3Mənbələr