AZ

Litva Belarusa etiraz notası verdi

  Litva Belarus ərazisindən havaya qalxaraq ölkə sərhədini pozan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı Belarus səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.

Referans xəbər verir ki, bu barədə Litva mətbuatı LRT və “European Pravda” məlumat yayıb.

İyulun 28-də baş vermiş insidentə görə Belarus nümayəndəsinə etiraz notası təqdim olunub və rəsmi izahat tələb edilib. Litva XİN hadisənin ciddi narahatlıq doğurduğunu bildirib.

Qeyd edək ki, Litva Hərbi Hava Qüvvələri PUA-nın Jonava bölgəsindəki təlim poliqonu ərazisində aşkarlandığını açıqlamışdı. Hadisə yerinə hərbi müstəntiqlər və istehkamçılar cəlb olunub. PUA-nın dəqiq modeli isə hələlik müəyyən edilməyib.  

Seçilən
27
referans.az

1Mənbələr