Mingəçevir şəhərində qadın piyadanı avtomobil vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib, hazırda onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.