AZ

Polşalı nazir: Avropanı qoruduğu üçün Ukrayna ordusuna təşəkkür edirik

BAKI, 1 avqust. TELEQRAF

Polşanın xarici işlər naziri Ukrayna Silahlı Qüvvələrinə “Avropanı müdafiə etdiyinə” görə təşəkkür edib.

Teleqraf xəbər verir ki, nazir Radoslav Sikorski RMF24 radiostansiyasının efirində belə deyib.

O qeyd edib: "Polşa öz ölkəsini, eləcə də Polşanı və bütün Avropanı müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təşəkkür edir <...>. Biz bunu qonşumuzla yanaşı, ilk növbədə Polşanın maraqları naminə deyirik".

Onun sözlərinə görə, Varşava həmişə “azad və müstəqil” Kiyevi dəstəkləyəcək.

Seçilən
13
teleqraf.com

1Mənbələr