AZ

Zelenski Trampa təşəkkür etdi, Putinlə görüş şərtini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampa Ukrayna müharibəsinə göstərdiyi diqqətə görə təşəkkür edib. Lakin o, bu kimi bəyanatların praktik dəstək olmadan yetərli olmadığını bildirib.

Zelenski bu barədə Kiyevdə keçirilən brifinq zamanı danışıb:

“Mən hər bir dünya liderinə minnətdaram ki, Ukraynadakı müharibə haqqında danışır. Donald Tramp nüfuzlu siyasətçidir və onun mövqeyi əhəmiyyətlidir. Amma bizə bu gün sadəcə ritorika deyil, konkret addımlar lazımdır”, – deyə dövlət başçısı vurğulayıb.

Putinlə mümkün görüşə münasibət bildirən Zelenski qeyd edib ki, belə bir dialoq yalnız Rusiya silahlı qüvvələrinin Ukrayna ərazilərindən tam çıxarılmasından sonra baş tuta bilər:

“Putinlə yalnız o zaman danışmaq olar ki, Rusiya öz təcavüzünü etiraf etsin və işğal olunmuş torpaqları tərk etsin.”

Prezident onu da əlavə edib ki, Ukraynanın əsas hədəfi ədalətli sülh və beynəlxalq hüququn bərpasıdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr