AZ

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

“Google” istifadəçilərin yaşını yoxlamaq üçün yeni mexanizm tətbiq edir. Bundan sonra şirkət hesab sahibinin yaşını təxmin etmək üçün süni intellektdən istifadə edəcək.

Bizim.Media xəbər verir ki, sistem istifadəçilərin davranışlarını – məsələn, axtarış sorğularını, kontentlə qarşılıqlı əlaqələrini və digər rəqəmsal izləri izləyəcək.

Əgər alqoritm istifadəçinin yaşının müəyyən olunmuş minimumdan (məsələn, 18 yaşdan) aşağı olduğunu güman etsə, “Google” rəsmi sənədlə yaşın təsdiqlənməsini tələb edə bilər. İmtina olunduğu halda, bəzi funksiyalara giriş məhdudlaşdırılacaq.
 

Bu təşəbbüs, Google-un internetdə uşaqların və yeniyetmələrin qorunmasını gücləndirmək istiqamətində atdığı addımların bir hissəsidir. Şirkət artıq YouTube, Google Play və digər xidmətlərdə yaş məhdudiyyətləri tətbiq edib. Yeni avtomatlaşdırılmış yoxlama isə bu siyasəti daha geniş sahələrə yayacaq.



Hələlik süni intellektin konkret olaraq hansı məlumatları istifadə edəcəyi və yaş təyinatında nə dərəcədə dəqiq olacağı məlum deyil. Bununla belə, məxfilik üzrə ekspertlər xəbərdarlıq edirlər ki, bu yanaşma istifadəçi məlumatlarının toplanması və analiz olunması ilə bağlı suallar doğura bilər.

“Google”dan bildirilib ki, yeni funksional imkanlar mərhələli şəkildə tətbiq olunacaq və rəqəmsal təhlükəsizlik və şəxsi məlumatların qorunması üzrə beynəlxalq standartlara uyğun həyata keçiriləcək.

Bizim.Media

Seçilən
15
3
bizim.media

10Mənbələr