AZ

Tramp: Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib

“Mənə indicə məlumat verdilər ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri həlak olub. Rusiya ilin əvvəlindən bu yana 112,5 min əsgər itirib. Bu, çox lazımsız ölümdür. Ukrayna da çox əziyyət çəkib. Onlar 2025-ci ilin yanvarın 1-dən bəri 8,000 əsgər itiriblər və bu rəqəmə itkin düşənlər daxil deyil.”

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

“Bu rəqəmə itkin düşənlər daxil deyil. Ukrayna da mülki vətəndaşları itirib, lakin daha az sayda. Çünki Rusiya raketləri Kiyevə və digər Ukrayna ərazilərinə düşür. Bu müharibə baş verməməli idi”, – Tramp bildirib.

Tramp həmçinin bu müharibənin ABŞ-ın sabiq prezidenti Co Baydenin müharibəsi olduğunu və özünün bu müharibəni dayandırmaq istədiyini yazıb.

Seçilən
38
9
nocomment.az

10Mənbələr