Donald Tramp Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini “İbrahim razılaşması”na cəlb etmək niyyətindədir.
Viral.az xəbər verir ki, bununla bağlı “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək, Azərbaycanın və bəzi Mərkəzi Asiyadakı müttəfiqlərinin “İbrahim razılaşması”na daxil edilməsi imkanlarını Azərbaycanla fəal şəkildə müzakirə edir.
Son Yazılar:
- Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir
- Gəncədə ağır qəza – xəsarət alanlar var
- Tehranda hava çirkliliyinə görə minlərlə insan ölüb
Qeyd edək ki, “İbrahim razılaşması” 2020–2021-ci illərdə İsrail dövləti və bir sıra ərəb dövlətləri arasında, münasibətlərin normallaşdırılması üçün imzalanmış müqavilələrdir.