AZ

“Azərbaycanda heç bir sərmayəm yoxdur” – Pekerdən açıqlama + Yenilənib


Sedat Peker yayılan xəbərləri təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peker sosial şəbəkə hesabında açıqlama yayıb.
Paylaşımda deyilir ki, onun Azərbaycanda heç bir sərmayəsi yoxdur:
“Mətbuatda yayılan xəbərlərdən öyrəndim ki, Rıza Tamer adlı müğənni mənim adımdan istifadə edərək hədələnib. Mənim Azərbaycanda otellər də daxil olmaqla heç bir sərmayəm yoxdur. Bu qardaşa kimin zəng edib hədələdiyini bilmirəm”.
Peker qeyd edib ki, son günlər onun barəsində bu tip xəbərlər yayılır:
“Məni tanıyan hər kəs bilir ki, insanları təhdid etmək, qorxutmaq, təhqir etmək mənim üslubum deyil. Mənim adımı belə hadisələrə cəlb etmək cəmiyyətdə yanlış təsəvvür yaradır və məni çox narahat edir”.


***14:39
Türkiyəli müğənni Rıza Tamer Azərbaycanda ad günü tədbirində mahnı oxumaqdan imtina etdiyi üçün təhdid edildiyini deyir.
Yeniavaz.com
xəbər verir ki, müğənni yaydığı videomüraciətdə mafiya başçısı kimi tanınan Sedat Pekerin adından istifadə edilərək təhdid olunduğunu bildirib.
O qeyd edib ki, mahnı oxumaqdan imtina etdiyi məkanın Sedat Pekerə aid olduğunu bilməyib:
“Bizə zəng edib belə dedilər. Təhdid etdilər. Mən azərbaycanlılara heç bir hörmətsizlik etmədim. Mənə ad günü mərasimində iki mahnı oxumaq üçün 50 min dollar təklif etdilər. Qəbul etmədim. Əsəblərim pozuldu. Onların otelindən çıxıb başqa otelə getdik. Türkiyə lirəsinin istifadə olunmadığını görüb ölkəmizə qayıtdıq”.

Məlumat üçün bildirək ki, Rıza Tamerin mahnı oxumaqdan imtina etdiyi məkan Nərimanov rayonu, Nadir Əliyev küçəsi 17 ünvanında fəaliyyət göstərən “Bihter Baku” adlı restoran olub. “Bihter Baku” restoranının Türkiyədə Alper Eken ve Samet Gülmez adlı iş adamlarına məxsus “Bihter” restoranlar şəbəkəsinə daxil olduğu bildirilir.

Qeyd edək ki, “Bihter” restoranlar şəbəkəsinin sahibi Alper Eken də videomüraciət yayıb. O Rıza Tamerin iddialarını əsassız adlandırıb və onun psixoloji problemləri olduğunu bildirib.
Alper Eken yaydığı müraciətdə “hesret__007” adlı “İnstagram” istifadəçisini də işarələyib. “hesret__007” adlı istifadəçi isə özünü “Bihter Baku” restoranın sahibi kimi təqdim edib.


Elnur Əli
Seçilən
6
2
yeniavaz.com

5Mənbələr