AZ

Tramp Azərbaycanın “İbrahim sazişi”nə qoşulmasını müzakirə edir

  ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, bir sıra Mərkəzi Asiya ölkələrinin “İbrahim sazişi”nə qoşulması imkanını müzakirə edir. 

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası bu təşəbbüsü region ölkələri ilə diplomatik münasibətlərin genişləndirilməsi məqsədilə prioritetlərdən biri kimi qiymətləndirir.

“İbrahim razılaşması” İsrail ilə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Azərbaycanın bu razılaşmaya mümkün qoşulması isə regionda yeni diplomatik dinamikanın formalaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Rəsmi Bakı hələlik bu məsələ ilə bağlı ictimai açıqlama verməyib./Globalinfo.az  

Seçilən
6
referans.az

1Mənbələr