İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) baş qərargah rəisi, general-leytenant Eyəl Zamir girovların azad olunması ilə bağlı razılaşmanın mümkün olub-olmayacağının yaxın günlərdə aydınlaşacağını bildirib.
KONKRET.az xəbər verir ki, əgər razılıq əldə olunmasa, döyüşlərin dayanmadan davam edəcəyini qeyd edən Zamir komandirlər qarşısında çıxışında bu fikirləri səsləndirib:
“Əgər razılaşma olmazsa, döyüş əməliyyatları fasiləsiz davam edəcək. Müharibə davam edir və biz onu dəyişən reallığa uyğun olaraq maraqlarımıza əsasən tənzimləyəcəyik,” — deyə general vurğulayıb.
Natiq Səlim,
KONKRET.az