Lionel Messi "İnter Mayami" klubu ilə yeni müqavilə barədə razılığa gəlib.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Xavi Kampos açıqlama verib. Bildirilib ki, Messinin yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Bildirilir ki, futbolçu karyerasını yekunlaşdırmayacaq. O, 2026-cı ildə keçiriləcək dünya çempionatında və 2028-ci ildə Amerika Kubokunda çıxış etmək istəyir.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildə "İnter Mayami" klubuna transfer olub. Bundan əvvəl Messinin Səudiyyə Ərəbistanına transfer ola biləcəyi barədə iddialar dərc edilmişdi.