Litva Xarici İşlər Nazirliyi Belarus səfirliyinin nümayəndəsini çağırıb.
Bu haqda Litva XİN məlumat yayıb.
Bildirilib ki, bu, Belarusdan buraxıldığı iddia edilən pilotsuz təyyarənin Baltikyanı respublikanın hava məkanını pozması ilə əlaqədardır:
“Litva Xarici İşlər Nazirliyi Belarusun Litvadakı səfirliyinin nümayəndəsini çağırıb və ona iyulun 28-də Belarusdan pilotsuz uçuş aparatının Litvanın hava məkanına qanunsuz daxil olması ilə bağlı kəskin etirazını bildirən nota təqdim edib”.
"Cebheinfo.az"