AZ

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

ABŞ və NATO müttəfiqləri Ukraynaya prioritetli hərbi təchizat üçün PURL (Priority Ukraine Requirements List – Ukraynanın Prioritet Tələblər Siyahısı) adlı yeni maliyyələşdirmə sxemi hazırlayırlar.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu mexanizm Avropa ölkələrinə ABŞ-ın xüsusi fonduna vəsait köçürməyə imkan verəcək ki, həmin pulla Ukrayna üçün ABŞ silahları alınsın və Kiyevə ötürülsün.

Plana əsasən, Ukrayna ümumi dəyəri 500 milyon dollar olan prioritet silah siyahıları tərtib edəcək.

NATO ölkələri isə hansı silahların kim tərəfindən maliyyələşdiriləcəyinə qərar verəcəklər.

Təşəbbüsün məqsədi Ukraynaya ümumilikdə 10 milyard dollarlıq silah təchizatını təmin etməkdir.

Bizim.Media

Seçilən
35
50
bizim.media

10Mənbələr