AZ

Məşhur futbolçu ilk dəfə övladının ölümündən danışdı

“Bavariya”nın qapıçısı Sven Ulrayx bir neçə həftə əvvəl dünyasını dəyişən oğlu Lenin ölümü ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, həyat yoldaşı Liza birgə bəyanat yayıb:

“Dərin kədər içində bu gün bildirmək istəyirik ki, oğlumuz Len uzun sürən ağır xəstəlikdən sonra bir neçə həftə əvvəl vəfat edib. Bu xəbəri ictimailəşdirmək qərarını qəbul etmək bizim üçün olduqca çətindir. Amma bir ailə olaraq bu addım bizim üçün vacibdir ki, vəziyyəti aydınlaşdıraq.

Hazırda qızımızla birlikdə həyatımıza addım-addım qayıtmağa çalışırıq. Ailəmizə, dostlarımıza və ‘Bavariya’ klubuna son aylarda göstərdikləri qayğı və dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk. Bu bizim üçün çox önəmlidir.

İctimaiyyətdən və media nümayəndələrindən gizliliyimizə hörmətlə yanaşmağı və əlavə suallardan çəkinməyi xahiş edirik”.

Seçilən
52
2
publika.az

5Mənbələr