AZ

“Neftçi” və “Sumqayıt”ın gününü qara edənə “Qarabağ” neyləyəcək?

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan “Şkendiya” artıq Azərbaycan klubları ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, 2016/17 mövsümündə “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi ilə mübarizədən məğlub ayrılıb.

Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə yekunlaşıb və Skopyedəki cavab oyununda makedoniyalılar 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.

Həmin mövsümdə klub Avropada tarixinin ən uğurlu çıxışına imza atıb – Avropa Liqasında üç mərhələ keçib.

Çempionlar Liqasının hazırkı püşkatmasında “Şkendiya” əvvəlki mərhələdə Rumıniya FCSB-ni iki dəfə məğlub edib – 1:0 və 2:1. “Qarabağ” isə öz növbəsində “Şelburn”a Dublində 3:0, Bakıda isə 1:0 hesabları ilə qalib gəlib.

"Qarabağ” və “Şkendiya” arasında ilk oyun avqustun 5-də Skopyedə, cavab qarşılaşması isə avqustun 12-də Azərbaycanın paytaxtında keçiriləcək.

Seçilən
74
4
sportinfo.az

10Mənbələr