Rus ordusu PUA-larla Xarkova zərbələr endirib.
Bakues.az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 3-ü uşaq olmaqla 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında 5 aylıq körpə də olub.
Zərərçəkənlərdən 5-i xəstəxanaya yerləşdirilib, daha 5 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.