Bakı. Trend:
İsveçdə 63 nəfərin öldürüldüyü 2022-ci ildə ölümlə nəticələnənrekord sayda atışmalardan sonra silahlı zorakılıqla bağlı vəziyyətnəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Trend xəbər verir ki, polisstatistikasına əsasən, 2024-cü ildə 90-a yaxın atışma baş verib ki,bu da əvvəlki il ilə müqayisədə təxminən iki dəfə azdır.
Ekspertlər hesab edirlər ki, ölkədə bu tendensiyada dönüş başverib. Əsas amillərdən biri polisin işinin effektivliyininartırılması olub: cinayətkar şəbəkələri ilə bağlı qətllərinaçılması səviyyəsi 20-30 faizdən 60 faizə yüksəlib. Bundan əlavə,daha sərt tədbirlər, cəzaların sərtləşdirilməsi və mütəşəkkilcinayətkarlıqla mübarizədə uzunmüddətli səylər öz rolunuoynayıb.
Kriminoloqların sözlərinə görə, bir çox şiddətli münaqişəninarxasında duran “Fokstrot” dəstəsinin zəifləməsi də qurbanlarınazalmasına töhfə verib. Bundan əlavə, kriminal ünsürlərin birhissəsi İsveçi tərk edib və zorakılıq xaricə keçib.
Polisin mütləq atışmaların olacağını gözlədiyi “qırmızı”adlandırılan münaqişələrin sayı bir sıra şəhərlərdə azalıb.Mütəxəssislərin fikrincə, silahlı zorakılığa qarşı mübarizədəkompleks yanaşma və sistematik iş öz real bəhrəsini verir.