AZ

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb edir?

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp  İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək, bu ölkəni və bəzi Mərkəzi Asiya müttəfiqlərini “İbrahim Razılaşması”na cəlb etmək imkanlarını Azərbaycanla müzakirə edir.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyində məqalə dərc olunub. 

Mənbə bildirir ki, Trampın ilk prezidentliyi dövründə (2020 və 2021-ci illərdə) imzalanmış “İbrahim Razılaşması”nın bir hissəsi olaraq, əksəriyyəti müsəlman olan dörd ölkə ABŞ-nin vasitəçiliyindən sonra İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılaşıb.

Qeyd edilir ki, Azərbaycan və Mərkəzi Asiyanın hər bir ölkəsi, İsraillə uzunmüddətli əlaqələrə malikdir. Bu isə ticarət və hərbi əməkdaşlığın daha da gücləndirilməsinə imkan yaradacaq. 

Tramp administrasiyası iki Qafqaz ölkəsi- Ermənistanla Azərbaycan arasında sülh sazişini “İbrahim razılaşması”na qoşulmaq üçün ilkin şərt hesab edir.  Mənbə iddia edir ki, bu razılaşma yaxın aylar və həftələr ərzində əldə edilə bilər.

Məqalədə bildirilir ki, Trampın sülh missiyaları üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff mart ayında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Azərbaycanın paytaxtı Bakıya səfər edib.  Bu görüşdə  “İbrahim razılaşması” müzakirə edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qafqazinfo.az

10Mənbələr