AZ

Məhkəmə Kolumbiyanın sabiq prezidentini 12 il ev dustaqlığına məhkum edib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Kolumbiya məhkəməsi 2002-2010-cu illərdə bu vəzifədə olmuş Kolumbiyanın sabiq prezidenti Alvaro Uribeni fırıldaqçılıq və şahid ifadələrinə müdaxilə maddələri ilə 12 il ev dustaqlığına məhkum edib.

APA xəbər verir ki, bu barədə avqustun 1-də keçirilən məhkəmə iclası zamanı qərar qəbul olunub.

“Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe (2002-2010) cinayət prosesində prosessual fırıldaqçılıq və rüşvətxorluqla bağlı cinayətlərə görə 12 il ev dustaqlığına məhkum edilib”, – qərarda deyilir.

Qeyd olunur ki, Uribe də 822 min dollar cərimə olunub və 8 ildən artıq dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Məlumata görə, məhkəmə prosesi 13 il davam edib. Uribe cinayət işi üzrə mühakimə olunan ilk Kolumbiyalı lider oldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
apa.az

2Mənbələr