Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Toplanış çox yaxşı keçdi. Əslində, 4 oyun planlaşdırmışdıq, lakin güclü yağış səbəbindən bunlardan 1-i baş tutmadı. Buna baxmayaraq, bizim üçün çox səmərəli toplanış oldu".
İdman.biz xəbər verir ki, bunu “Neftçi"nin baş məşqçisi Samir Abasov AEL klubu ilə yoxlama matçından sonra “Neftçi TV”yə müsahibəsində deyib.
Oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis təlim-məşq toplanışını da dəyərləndirib: Matça gəlincə, çox yaxşı və maraqlı keçdi. Futbolçuların göstərdiyi oyundan çox razı qaldım. Düşünürəm ki, bu görüş əvvəlkilərdən yaxşı mənada çox fərqləndi. Artıq meydanda dominant, səbrlə top saxlayan və nələrsə düşünməyə çalışan komanda var idi”.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.