Dağıstanda körpə alan qadın insan alverinə görə azadlıqdan məhrum edilib.
Bakues.az xəbər verir ki, Dağıstanda bir qadın yeni doğulmuş körpəni 300 min rubl (təxminən 5700 manat ) müqabilində alaraq insan alverində təqsirli bilinib. Bu barədə Rusiyanın İstintaq Komitəsinin regional idarəsi Lenta.ruya məlumat verib.
Məhkəmənin qərarına əsasən, qadın 3 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək. Lakin cəzasını yalnız övladı 14 yaşına çatdıqdan sonra çəkməyə başlayacaq.
İstintaqın məlumatına görə hadisə 2024-cü ilin sonunda baş verib. Təqsirləndirilən şəxs hamilə olan yerli qadına pul verərək, doğulacaq körpəni ona təhvil verməsini razılaşdırıb. 1 yanvar tarixində doğuşdan sonra uşaq qadına təhvil verilib.
Qeyd edək ki, qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi – “İnsan alveri” üzrə təqsirli bilinib.