AZ

Avropa İttifaqında elektromobillərə maraq azalıb

Bakı. Trend:

Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeniavtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu,2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.

Trend AvropaStatistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabataistinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cüillə müqayisədə 6,1 faiz azdır.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyontəşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olanictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cüillər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faizartmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilənyalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyonaçatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir(2023-cü ildə – 4,43 milyon).

Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilərDanimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ənaşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydəalınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələriarasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3faiz) da elektromobillərin alışında geridə qalan ölkələrsırasındadır.

Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərinqeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstəricisabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə –9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.

Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdədəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyənedəcəyini bildirib.

Seçilən
23
4
az.trend.az

5Mənbələr