AZ

Tramp büro rəhbərini işdən qovdu

BAKI, 2 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə məşğulluq məlumatlarının saxtalaşdırıldığı iddiası ilə əlaqədar Əmək Statistikası Bürosunun rəhbəri Erik Makentarferin işdən çıxarılması barədə tapşırıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

D.Tramp bildirib: “Mən komandama Baydenin bu siyasi təyinatını dərhal işdən çıxarmağı tapşırmışam. Onun vəzifəsini daha səriştəli və ixtisaslı şəxs yerinə yetirəcək”.

ABŞ Prezidenti həmçinin Makentarferi Demokrat namizəd Kamala Harrisin qalib gəlmək şansını artırmaq üçün 2024-cü il prezident seçkiləri ərəfəsində iş məlumatlarını saxtalaşdırmaqda ittiham edib.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr