AZ

Kolumbiyanın keçmiş prezidenti 12 il ev dustaqlığına məhkum edildi

Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe prosessual fırıldaqçılıq və şahid satınalması ittihamları ilə 12 il ev dustaqlığına məhkum edilib.

Bakues.az xəbər verir ki, bu barədə Karakol radiostansiyası məlumat yayıb.

Keçmiş dövlət başçısına 100 ay 20 gün müddətinə dövlət vəzifəsində işləmək qadağan edilib. Eyni zamanda, A.Uribe keçmiş prokuror Hilda Niñonun işi ilə bağlı iki epizod üzrə bəraət alıb.

Eks-prezident cəzasını Antiokiya departamentinin Rioneqro şəhərində, yaşadığı yerdə çəkəcək.

Seçilən
57
1
icma.az

3Mənbələr