Kürdəmir rayonunda 36 ədəd zəlini ovlayanlara hökm oxunub.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, həmin şəxslər Kürdəmir rayonu, Pirili kəndi ərazisində Çala deyilən ərazidə və Qarasaqqal kəndində saxlanılıblar.
Saxlanılan rayon sakinləri 1966-cı il S.B., 1981-ci ild E.D., 1984-cü il F.G. barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə ayrı-ayrılıqda baxılıb.
Məlum olub ki, saxlanılanların hər biri qadağan olunmuş ərazidən 12 ədəd zəli tutublar.
Məhkəmənin hökmü ilə saxlanılanların hər biri İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 manat cərimə olunublar.
Ümumilikdə 36 zəliyə görə 3000 min manat cərimə kəsilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta