AZ

2 avqust Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan kinosunun yaranmasının 127-ci ildönümüdür.Metbuat.az xatırladır ki, Ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib. Azərbaycan kinosunun tarixi XIX əsrin sonlarına gedib çıxır. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi.Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Sonrakı dövrlərdə - 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı ticarət evləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı.

Seçilən
45
metbuat.az

1Mənbələr