AZ

Rusiya qüvvələri 24 saat ərzində Zaporojye vilayətinə 579 hücum edib

Avqustun 1-də Rusiya qoşunları Zaporojye vilayətində yerləşən 11 yaşayış məntəqəsinə qarşı 579 hücum həyata keçirib.

İki sahil” xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov "Telegram"da məlumat verib.

Fedorov qeyd edib ki, Malınivka və Bilohiriya kəndlərinə altı hava zərbəsi endirilib. Bundan əlavə, əsasən FPV tipli olan 401 PUA (pilotsuz uçuş aparatı) Kamianske, Hulyaipole, Orihiv, Şçerbaki, Novodanılivka, Novopavlivka, Mala Tokmaçka və Çarivne yaşayış məntəqələrini hədəfə alıb.

Çoxsaylı raket yaylım atəşi sistemi (ÇRYAS) ilə 17 hücum Kamianske, Şçerbaki, Mala Tokmaçka və Çarivne ərazilərində qeydə alınıb. Həmçinin Stepnohirsk, Kamianske, Hulyaipole, Orihiv, Şçerbaki, Novodanılivka, Mala Tokmaçka və Çarivne bölgələrində 155 artilleriya zərbəsi qeydə alınıb.

Rəsmilər yaşayış binaları, şəxsi evlər və yardımçı tikililərə dəyən ziyanla bağlı 60 müraciət aldığını bildiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
3
ikisahil.az

1Mənbələr