Avqustun 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkmənistana işgüzar səfər edəcək.
Bakues.az Akordaya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək.
Forum Türkmənistanın Avaza kurort kəndində keçiriləcək.
Konfransda dənizə birbaşa çıxışı olmayan dövlətlər üçün regional əməkdaşlıq, davamlı inkişaf və nəqliyyat əlaqəsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.