BAKI, 2 avqust. TELEQRAF
Rusiyalı MMA döyüşçüsü Movlid Xaybulayev qazandığı PFL kəmərini sabiq UFC çempionu Həbib Nurməhəmədova hədiyyə edib.
Teleqraf xəbər verir ki, Xaybulayev Nurməhəmmədova hörmət əlaməti kimi bu addımı atıb.
O, ötən gecə "PFL World Tournament 8" turnirində peruulu Xesus Pinedo ilə qarşılaşıb.
Yarımyüngül çəki dərəcəsində Qran Prinin finalı çərçivəsində keçirilən döyüşün beşinci raundunda Xaybulayev rəqibini boğucu fəndlə məğlub edərək qələbə qazanıb.
Bu nəticə ilə rusiyalı döyüşçü PFL çempionu adına yiyələnib.