AZ

Vaşinqtondan Tehrana “qısamüddətli şans"

BAKI, TurkicWorld

ABŞ administrasiyası İranı nüvə danışıqlarına qaytarmaq üçün Tehrana “qısamüddətli bir fürsət” təklif etdiyini açıqlayıb, lakin maddi kompensasiya tələbini qətiyyətlə rədd edib.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçisinin müavini Tomi Beqot İranın kompensasiya tələbini “gülünc” adlandırıb və bildirib.

“Əgər pul axtarırlar, onu regionda sabitliyi pozmağa xərcləməməlidirlər.”-deyə o bildirib.

Onun sözlərinə görə, İran rejiminin rəhbərləri üçün hazırda açıq olan bu imkan uzun sürməyəcək.

Bu arada, 12 gün davam edən İran–İsrail müharibəsinin nəticələrinə baxmayaraq, rəsmi Tehran daxilidə “birlik və sabitlik” mesajları verməyə çalışır.

“Əgər bizə qarşı yeni müharibə başlanarsa, Tel-Əviv şəhərini ruhlar şəhərinə çevirəcəyik.”-deyə Tehranın cümə imamı Əhməd Xatəmi bildirib.

Xatəmi həmçinin əlavə edib ki, “Qərb düşünürdü ki, bu müharibə İranda xaos yaradacaq, lakin əksinə, xalq daha da birləşdi”.

Seçilən
3
turkic.world

1Mənbələr