Bakının Xəzər rayonunun Qala qəsəbəsində 18 yaşlı şəxsi avtomobil vurararaq öldürüb.
Əliyev Balatahir Bəyalı oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomobil ilə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətində hərəkətdə olarkən, piyada – 05.05.2007-ci il təvəllüdlü Hüseynov Polad Anar oğlunu vurub.
Nəticədə Polad Hüseynov aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır