Məşhur müğənni Dilarə Kazımova "Parla" adlı yeni klipinin təqdimatını təxirə salıb.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
O bildirib ki, Xalq artisti Arif Babayevin vəfat etdiyi gündə klip təqdim etmək istəmir:
"Azərbaycanın Xalq artisti, görkəmli xanəndə, muğam sənətimizin canlı əfsanəsi, professor Arif Babayevin vəfatı bizi dərin kədərə boğdu. Ailəsinə, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu səbəbdən bu gün təqdim edəcəyimiz "Parla" adlı yeni klipin yayımını təxirə salmaq qərarına gəldim. Klip avqustun 4-də işıq üzü görəcək".