Düz iki aydır içməli suya həsrətdirlər. Kimisi yay girəndən içməli suyu maşınla aldığını deyir, kimi yalnız axşamlar aşağı təyziqlə də olsa su üzü gördüyünü...
Day.Az xəbər verir ki, görüntülər Suraxanı rayonu Hövsan qəsəbəsi Hikmət Şabanov küçəsindədir.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən bildirildi ki, mövcud vəziyyətlə əlaqədar Xidmət tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir.
Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.