Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tüfəng, 18 ədəd süngü-bıçaq, 323 patron darağı və 11 min 511 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.