ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Benjamin Mendi iş yerini itirib."Football-plus.az" xəbər vrrir ki, Fransa millisinin sabiq oyunçusu “Sürix”dən ayrılıb. İsveçrə klubunun mətbuat xidmətinin məlumatına görə, 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu ilin fevralında “Sürix”ə keçən Mendi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə bağlanmışdı. O, İsveçrə çempionatında 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Benyamin əvvəllər “Mançester Siti”, “Monako”, “Marsel” və “Loryan”da çıxış edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.