AZ

Maşın vuran piyada xəstəxanada öldü

Qala qəsəbəsində maşın vuran 18 yaşlı oğlan xəstəxanada ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda qeydə alınıb.

1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

 

Seçilən
50
18
avtosfer.az

10Mənbələr