AZ

İranda attraksion qəzaya uğradı: Xəsarət alanlar var

İranın Kirman şəhərində attraksion qatarının qəzaya uğraması nəticəsində 10-u uşaq olmaqla 12 nəfər yaralanıb.

"Azad İran" "Telegram" kanalı bu barədə yerli KİV-ə istinadən məlumat yayıb.

Təcili yardım xidmətinin məlumatına görə, yaralananlar arasında 35 yaşlı qadın və 30 yaşlı kişi də var. Onlar xəstəxanaya çatdırılıblar.

Seçilən
38
demokrat.az

1Mənbələr