AZ

Qaradağda qəza - avtomobildə sıxılı vəziyyətdə qaldı

Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzası olub və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlab oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
25
9
bakivaxti.az

7Mənbələr