AZ

İrandan etiraf və taktika dəyişikliyi: Dini təbliğatın arxasında kəşfiyyat dayanıb

İranın indiyə qədər Azərbaycana qarşı apardığı kampaniya və atdığı addımların heç bir faydasını görməyib, taktika dəyişdirməyə çalışır.

Tribunainfo.az xəbər verir ki, artıq yerli imam cümələrin dili ilə məsələni qabartmağa başlayıblar.

Belə ki, Təbrizin imam cüməsi Əli Mütəhərri deyib ki, Azərbaycanda vəhhabi və sələfi təhlükəsinə qarşı düzgün tədbirlər görülməlidir. “İsrail və bəzi region ölkələri Azərbaycandakı şiə bazasını zəiflətməyə çalışır. Azərbaycanda şiə əhalisinin İrandan gözləntiləri çoxdur. Bu iki ölkə arasında dini və mədəni əlaqələrin genişləndirilməsinə böyük potensial yaradır”.

Mütəhərri xütbəsində “əsl mətləb”i sondda açıqlayıb. “Siyasi və təhlükəsizlik (kəşfiyyat-red.) oyunlarına girmədən, ziyalılarla ünsiyyət və sosial şəbəkənin istifadəsi ilə şiə diskursunun inkişaf etdirilməsi vacibdir”.

P.S. Görünən odur ki, İran taktika dəyişdirməyə hazırlaşır. Azərbaycanla indiyə qədər seçdiyi metdoların işə yaramadığının fərqinə vardığından, yeni yol seçməyi hədəfləyir.

Bu, həm də İranın ilk dəfə olaraq Azərbaycanda kəşfiyyat işləri aparmasının etirafıdır. Yəni, indiyə qədər aparılan dini təbliğatın arxasında İran kəşfiyyatının olduğunu dilə gətirməkdir.

Fərda Uğur

Seçilən
19
1
tribunainfo.az

2Mənbələr