AZ

Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR...

2025-ci il üzrə məktəbəqədər təhsil müəssisələrində 320 vakant müəllim yeri mövcuddur.

Demokrat.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ən çox vakant yeri Bakı şəhərindədir.
 
Belə ki, paytaxtda 185 bağça müəllimiyi üzrə vakant yer var.Bu, ümumi vakant yerlərin təxminən 60 faizinə bərabərdir.

Müxtəlif iqtisadi-coğrafi bölgələr üzrə vəziyyət belədir:

Abşeron-Xızı bölgəsi – 17 yer

Dağlıq Şirvan – 7 yer

Gəncə-Daşkəsən – 2 yer

Qarabağ bölgəsi – 18 yer

Qazax-Tovuz – 24 yer

Quba-Xaçmaz – 10 yer

Lənkəran-Astara – 13 yer

Mərkəzi Aran – 24 yer

Şəki-Zaqatala – 10 yer

Şərqi Zəngəzur – 8 yer

Şirvan-Salyan – 2 yer

Seçilən
12
8
demokrat.az

9Mənbələr