AZ

Tayland iki yaralı əsiri Kambocaya qaytarıb

Bakı. Trend:

Taylandla Kamboca arasında atəşkəsin davam etməsi fonundaTayland əsir götürülmüş iki yaralı kambocalı əsgəri qarşı tərəfətəhvil verib.

Trend bu barədə"Associated Press"ə istinadən xəbər verir.

Əsgərlər xərəklərdə təcili tibbi yardım maşınlarına mindirilərəkSurin əyaləti (Tayland) və Odda Minçay (Kamboca) ilə sərhəddəkinəzarət buraxılış məntəqəsinə çatdırılıb və oradan kambocalıhərbçilər tərəfindən təhvil alınıb.

Əsir götürülmüş digər 18 kambocalı əsgərlərin nə vaxt azadediləcəyi açıqlanmır.

Qeyd edək ki, Tayland və Kamboca arasında mübahisəli ərazilərüstündə baş verən və beş gün davam edən toqquşmalarda azı 35 nəfərhəlak olub, 300 mindən çox insan sərhadyanı ərazilərdən təxliyəolunub. Tərəflər aparılan danışıqlardan sonra atəşkəsərazılaşıblar.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

2Mənbələr