Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
UFC keçmiş ikiqat çempion, irlandiyalı döyüşçü Konor Makqreqor yenidən "səkkizbucağ"a qayıdır.
Fanat.Az xəbər verir ki, o, artıq dopinq və qadağan olunmuş maddələrlə bağlı testdən keçib.
Bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
Onun UFC ilə müqaviləsi başa çatmaq üzrədir. Konor iki dəfə döyüşmək istəyir, bundan sonra BKFC-yə keçməyi düşünür. Makqreqorun mümkün rəqiblərdən biri amerikalı Maykl Çandlerdir.
Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Puaryeyə texniki nokautla məğlub olanda döyüşüb. İrlandiyalının karyerasında 22 qələbə və 6 məğlubiyyət var.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.